Dentofobiyanın səbəbləri
- Keçmişdə yaşanmış travmatik təcrübə
- Ağrı və iynə qorxusu
- Kresloda nəzarəti itirmə hissi
- Dişlərin vəziyyətindən utanmaq
Əlamətləri
- Ürək döyüntüsünün sürətlənməsi
- Tərləmə və titrəmə
- Həyəcan tutmaları və nəfəs darlığı
- Qəbulun dəfələrlə təxirə salınması
Qorxunun öhdəsindən necə gəlmək olar?
- Addım-addım yanaşma. Müalicəyə müayinə və sadə prosedurlarla başlayın; mürəkkəb müdaxilələr sonrakı mərhələlərə saxlanıla bilər.
- Həkimlə açıq ünsiyyət. Qorxunuzu qəbulun əvvəlində deyin. Prosedurun hər addımının izah olunması nəzarət hissini qaytarır.
- Rahatlama üsulları. Dərin və sakit nəfəsalma, sevdiyiniz musiqi həyəcanı azaltmağa kömək edir.
- Müasir anesteziya. Yerli anesteziya müalicəni ağrısız aparmağa imkan verir; ağır hallarda başqa üsullar barədə həkimlə məsləhətləşmək olar.
- Psixoloji dəstək. Qorxu çox güclüdürsə, psixoloqun köməyi — məsələn, kognitiv-davranış terapiyası faydalı ola bilər.
Dr. Vəfa Məmmədovanın yanaşması
Dr. Vəfa Məmmədova üçün həkimin güvən verməsi çox önəmlidir: onun təcrübəsində qorxan xəstənin psixoloji hazırlığı bəzən işin yarısı qədər vacib olub. Belə xəstələrlə əvvəlcə söhbət aparılır, qorxunun səbəbi anlaşılır və müalicə xəstənin hazır olduğu tempdə planlanır.
- Üç il qəbula gəlməyə cəsarət etməyən xəstəUzun söhbət və psixoloji hazırlıqdan sonra müalicəyə başladı; diş çəkimləri, müalicə, gingivoplastika aparıldı və üst çənə zirkonium qapaqlarla bərpa olundu.
- İynə qorxusu ilə illər itirən xəstəİlk anesteziyadan sonra «bu qədər ili nəyə görə itirmişəm» deyən xəstə müalicənin sonunda gözəl gülüşünə qovuşdu.
- Qorxaraq kresloya oturan xəstəGüvən mühiti yaradıldıqdan sonra ondan artıq dişi müalicə olundu.
Uşaqlarda qorxunun qarşısını necə almaq olar?
- Diş həkimi ilə tanışlığı şikayət yaranmamış, erkən yaşda başlayın.
- Oyun və cizgi filmləri ilə həkim ziyarətini uşaq üçün maraqlı edin.
- Evdə həkimi və müalicəni qorxu vasitəsi kimi istifadə etməyin.
- Uşağın cəsarətini tərifləyin — kiçik uğurlar növbəti ziyarəti asanlaşdırır.
Uşaqlarla işdə Dr. Vəfa Məmmədova əvvəlcə onların dünyasına daxil olmağa çalışır: məqsəd qorxunu yox, gülüşü seçməkdir. Uşaq stomatologiyası haqqında.
Qorxu utanılacaq hal deyil. Qəbula yazılarkən narahatlığınızı bildirin — ilk görüş yalnız tanışlıq və müayinə ilə məhdudlaşa bilər.