Həkim haqqında

Dr. Vəfa Məmmədova

Şəkidə fəaliyyət göstərən həkim-stomatoloq. 2005–2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2010-cu ildən stomatoloq kimi çalışır və hazırda «Sağlam Təbəssüm» klinikasında qəbul edir.

Azərbaycan Tibb Universiteti Şəki, «Sağlam Təbəssüm»
Dr. Vəfa Məmmədova
2005–2010Azərbaycan Tibb Universiteti
16 ilstomatoloji təcrübə
Hər yaşuşaqlar və böyüklər üçün müalicə
Şəki«Sağlam Təbəssüm» klinikası

Bioqrafiya

Dr. Vəfa Məmmədova Şəkidə qəbul edən həkim-stomatoloqdur. Azərbaycan Tibb Universitetini 2010-cu ildə bitirib və o vaxtdan stomatoloq kimi çalışır. Hazırda «Sağlam Təbəssüm» klinikasında (Aydın Məmmədov küç. 18A, Şəki) xəstə qəbul edir.

Gündəlik praktikasında terapevtik, ortopedik və ortodontik stomatologiyanı birləşdirir: estetik kompozit restavrasiya və kanal müalicəsindən zirkonium və metal-keramika konstruksiyalara, total, hissəvi və bügel protezlərə, breket müalicəsinə qədər. Uşaq xəstələrlə işə və diş həkimindən qorxan böyüklərlə ünsiyyətə xüsusi diqqət ayırır.

Şəkidən başqa Oğuz, Qax və Qəbələdən, eləcə də xaricdən — Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gələn xəstələri müalicə edib. Müalicə nəticələrini və maarifləndirici videolarını Instagram səhifəsindəYouTube kanalında paylaşır.

İş prinsipləri

  • Təbii görünüşü qorumaq. Estetik müalicədə məqsəd dişləri süni və həddən artıq dəyişmək deyil, üz cizgilərinə uyğun harmonik təbəssüm yaratmaqdır.
  • Dişi mümkün qədər saxlamaq. Plombla bərpası mümkün olan dişə qapaq tövsiyə olunmur; çəkilməsi məsləhət görülən dişlər üçün də əvvəlcə bərpa imkanları qiymətləndirilir.
  • Protokola əməl etmək. İzolyasiya, retraksiya sapı, pilləli yonum, rentgen və apeks lokator nəzarəti kimi addımlar nəticənin uzunömürlü olması üçün vacib sayılır.
  • Xəstə ilə açıq ünsiyyət. Müalicə variantları, mərhələlər və gözlənilən nəticə əvvəlcədən izah olunur; qərar xəstə ilə birlikdə verilir.

Stomatologiya tibbin ən inkişaf etmiş sahələrindən biridir və yeniliklərdən geri qalmamaq üçün daim təlimlərdə, kurslarda iştirak etmək hər bir stomatoloqun birinci vəzifəsi olmalıdır.

— Dr. Vəfa Məmmədova

Təhsil və davamlı inkişaf

  1. 2026

    Həkimləri təkmilləşdirmə institutunda təlim

    Respublikanın müxtəlif bölgələrindən olan həkimlərlə birgə yeddi günlük nəzəri təkmilləşdirmə kursu.

  2. 2025

    Vinirlər üçün diş preparasiyası

    Dr. Anar Seyidovun vinirlərin preparasiyası üzrə praktiki kursu, sertifikatla.

  3. 2025

    Rubber dam izolyasiyası

    Müalicə sahəsinin rezin örtüklə izolyasiyası üzrə praktiki təlim.

  4. 2025

    «Sadə və qabaqcıl estetik kompozit restovrasiyalar»

    Dos. Bora Korkutun master-klassı — akkreditə olunmuş, 8 kreditlik təlim.

  5. 2025

    «Mənim Ortodontiyam» konfransı

    Azərbaycan Ortodontlar Dərnəyinin təşkil etdiyi konfrans.

  6. Əvvəlki illər

    Estetik restavrasiya və endodontiya kursları

    Dental Update tərəfindən təşkil olunan Dr. Murad Axundovun estetik restavrasiya kursu və endodontiya seminarı.

  7. 2005–2010

    Azərbaycan Tibb Universiteti

    Ali tibbi təhsil.

Dr. Vəfa Məmmədova vinirlər üçün diş preparasiyası kursunun sertifikatı ilə
«Tooth preparation for veneers» — vinirlər üçün diş preparasiyası kursunun sertifikatı.

İctimai fəaliyyət

2026-cı ilin iyununda «Sevgi ilə — Stomatoloji Dayaq» layihəsinin və «Dayaq» Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, Splat şirkətinin dəstəyi ilə Şəkidə «Fırçala, Gülümsə, Parla» adlı maarifləndirici tədbir keçirildi. «YAŞAT» Fondunun düşərgəsində 40 şəhid övladına ağız boşluğu gigiyenası öyrədildi, uşaqların ağız boşluğu ödənişsiz müayinə olundu. Dr. Vəfa Məmmədova tədbirdə könüllü həkim kimi iştirak edib.

Media çıxışları və tədbirlər haqqında ətraflı

Qəbul

Müayinə və müalicə planı üçün qəbula yazılın

Qəbul vaxtını əvvəlcədən telefonla və ya klinikanın WhatsApp xətti ilə razılaşdırın.

Vizitkart

Dr. Vəfa Məmmədova

Dr. Vəfa Məmmədova

Həkim-stomatoloq