Sağlam gülüşün ünvanı

Dr. Vəfa Məmmədova Şəkidə həkim-stomatoloq

Dr. Vəfa Məmmədova 2010-cu ildən stomatoloq kimi çalışır və hazırda Şəkidə «Sağlam Təbəssüm» klinikasında qəbul edir. Estetik restavrasiya, breket müalicəsi, zirkonium qapaqlar, protezlər və uşaq stomatologiyası üzrə hər müalicəni təbii görünüşü qoruyaraq planlaşdırır.

  • 16 ilstomatoloji təcrübə
  • ATU2005–2010 məzunu
  • Şəki«Sağlam Təbəssüm» klinikası
Dr. Vəfa Məmmədova stomatoloji kabinetdə
Təbii görünüş, minimal müdaxilə
Steril iş prinsipiPaketlənmiş alətlər, avtoklav

Xidmətlər

Estetikadan protezə qədər kompleks stomatoloji yardım

Müayinədən sonra şikayətinizə və dişlərin vəziyyətinə uyğun müalicə planı hazırlanır — sadə plomblamadan hər iki çənənin tam reabilitasiyasına qədər.

Bütün xidmətlər

Estetik restavrasiya

Kompozit plomb və kompozit vinirlə dişlərin forma və rəngi, diastema və qırıqlar təbii görünüşdə bərpa olunur.

Breket müalicəsi

Diş sırası əyriliyi, açıq və dərin dişləm, III sinif anomaliya və sıradan kənarda çıxmış köpək dişləri üçün ortodontik müalicə.

Zirkonium və metal-keramika

Köhnəlmiş və estetikasını itirmiş qapaq və körpülərin yenilənməsi, dişə uyğun fərdi rəng və forma seçimi.

Protezlər

Total, hissəvi çıxan, bügel və elastik Deflex protezlərlə itirilmiş dişlərin estetik və funksional bərpası.

İmplant

İtirilmiş dişlərin implant və implantüstü qapaqlarla bərpası — tək dişdən tam dişsiz çənəyə qədər.

Kanal müalicəsi

Kök kanallarının müalicəsi və əvvəllər natamam doldurulmuş kanalların təkrar işlənməsi.

Gigiyena və ağardılma

Diş daşının təmizlənməsi, AirFlow, diş əti qanamasının müalicəsi və dişlərin ağardılması.

Uşaq stomatologiyası

Süd və daimi dişlərin müalicəsi, gigiyena vərdişləri və ortodontik aparatlar — uşağın qorxmadan müalicəsi üçün.

Yanaşma

Təbii nəticə, dəqiq protokol

Dr. Vəfa Məmmədovanın iş prinsipi sadədir: dişi mümkün qədər qorumaq, müalicəni protokola uyğun aparmaq və nəticənin həm estetik, həm də funksional olmasına çalışmaq.

Diş daşlarının ultrasəs aparatı ilə təmizlənməsi
Peşəkar gigiyena: diş daşlarının ultrasəs aparatı ilə təmizlənməsi.
  1. Minimal müdaxilə

    Plombla bərpası mümkün olan diş qapağa salınmır. Məqsəd dişləri süni və həddindən artıq dəyişmək deyil, təbii görünüşü qoruyaraq daha harmonik təbəssüm yaratmaqdır.

  2. Protokola uyğun iş

    Rubber dam izolyasiyası, retraksiya sapı, pilləli yonum və dişlər arasında düzgün kontakt nöqtələri — uzunömürlü nəticə məhz bu detallardan başlayır.

  3. Sterillik

    Alətlər paketlənir və avtoklavda sterilizasiya olunur. Təmizlik hər uğurlu müalicənin başlanğıcıdır.

  4. Qorxunu anlayan yanaşma

    Diş həkimindən qorxan xəstələrlə əvvəlcə açıq söhbət aparılır, müalicə mərhələlərlə planlanır. Uşaqlarla iş isə onların dünyasına daxil olmaqdan başlayır.

  5. Sənədləşdirilən nəticə

    Müalicədən əvvəlki və sonrakı vəziyyət peşəkar fotoaparatla qeydə alınır ki, nəticələr dəqiq və detallı şəkildə izlənsin.

Mən balaca Vəfa olarkən özümə verdiyim sözü yerinə yetirdim. Artıq 16 ildir ki, stomatoloq olaraq fəaliyyətimi davam etdirirəm.

Dr. Vəfa Məmmədova9 fevral — Stomatoloqlar günü, 2026

Klinik hallar

Hər təbəssümün arxasında bir hekayə

Həkimin paylaşdığı müalicə nəticələrindən seçmələr. Xəstələrin şəxsi məlumatları göstərilmir.

Bütün klinik hallar
Ortodontiya

Açıq dişləm tələffüzə təsir edəndə

Şikayət
Ön dişlər qapanmırdı, tələffüz qüsuru qəbul imtahanında uğursuzluğa səbəb olmuşdu
Müalicə
Breket müalicəsi
Müddət
1 il

Nəticə: ilk 3 ayda qapanışdakı dəyişiklik tələffüzə müsbət təsir etdi, xəstə növbəti imtahandan uğurla keçdi.

Estetik restavrasiya

Anadangəlmə olmayan yan kəsicilər və diastema

Şikayət
Ağızda qalmış süd dişləri və ön nahiyədə aralıqlar gülüşün estetikasını pozurdu
Müalicə
Kompozit restavrasiya

Nəticə: dişlərin forma və ölçüsü bərpa olundu, boşluqlar bağlandı, gülüş xətti harmonik oldu.

Ortopediya

Rezorsinlə işlənmiş dişlərin rəng dəyişikliyi

Şikayət
Əvvəlki kanal müalicəsindən sonra dişlər tündləşmişdi
Müalicə
Fərdi hazırlanmış, tək-tək zirkonium qapaqlar

Nəticə: dişlərin forma və rəngi üz cizgilərinə uyğun seçildi, təbii görünüş və funksiya bərpa olundu.

Vinir preparasiyası üzrə praktiki təlim zamanı böyüdücü lupa ilə iş

Həkim haqqında

Təcrübə və davamlı təhsil

Dr. Vəfa Məmmədova Azərbaycan Tibb Universitetini 2010-cu ildə bitirib. Stomatologiyanı daim yenilənən sahə hesab edir və müntəzəm olaraq kurs, master-klass və konfranslarda iştirak edir.

  • 2026

    Həkimləri təkmilləşdirmə institutunda təlim

    Yeddi günlük nəzəri təkmilləşdirmə kursu.

  • 2025

    Vinirlər üçün diş preparasiyası

    Praktiki kurs, sertifikatla.

  • 2025

    «Sadə və qabaqcıl estetik kompozit restovrasiyalar»

    Akkreditə olunmuş, 8 kreditlik master-klass.

Həkim haqqında ətraflı

İctimai fəaliyyət

«Fırçala, Gülümsə, Parla»

2026-cı ilin iyununda «YAŞAT» Fondunun Şəkidə şəhid övladları üçün təşkil etdiyi düşərgədə ağız boşluğu gigiyenası üzrə maarifləndirici tədbir keçirildi. Dr. Vəfa Məmmədova tədbirdə könüllü həkim kimi iştirak edib.

Mətbuatda həkim

40şəhid övladı maarifləndirici təlimdə iştirak etdi
ŞəkiOlimpiya İdman Kompleksi
Ödənişsizağız boşluğu müayinəsi
Könüllühəkimlərin iştirakı ilə

Suallar və cavablar

Qəbuldan əvvəl ən çox soruşulanlar

Dr. Vəfa Məmmədova harada qəbul edir?

Dr. Vəfa Məmmədova Şəkidə «Sağlam Təbəssüm» klinikasında qəbul edir. Ünvan: Aydın Məmmədov küç. 18A, Şəki (vağzalın yanında, Sobezlə üz-üzə). Qəbul üçün həkimin telefonu: +994 55 731 31 45.

Zirkonium yoxsa metal-keramika — hansını seçmək lazımdır?

Zirkonium qapağın daxili qatında metal olmur, işığı keçirir və buna görə daha təbii görünür. Metal-keramika isə uzun illərdir istifadə olunan möhkəm konstruksiyadır. Seçim dişlərin vəziyyəti, estetik gözlənti və büdcəyə görə müayinədən sonra birlikdə edilir.

Ətraflı müqayisə

Breket müalicəsi nə qədər çəkir?

Müddət qüsurun növündən və mürəkkəbliyindən asılıdır. Dr. Vəfa Məmmədovanın paylaşdığı hallarda müalicə 11 aydan təxminən 1 il 8 aya qədər çəkib: diş sırası əyriliyi daha qısa, dərin dişləm və sıradan kənarda qalmış köpək dişləri kimi hallar daha uzun müddət tələb edib. Dəqiq müddət müayinədən sonra deyilir.

Uşaqları da qəbul edirsiniz?

Bəli. Süd və daimi dişlərin müalicəsi, gigiyena təlimi və ortodontik aparatlarla müalicə aparılır. İlk görüşdə uşağın qorxmaması və həkimlə güvən yaranması xüsusi diqqətdə saxlanılır.

Bütün suallar

Qəbul

Şəkidə, «Sağlam Təbəssüm» klinikasında

Aydın Məmmədov küç. 18A, Şəki — vağzalın yanında, Sobezlə üz-üzə. Qəbul vaxtını əvvəlcədən telefonla və ya WhatsApp vasitəsilə razılaşdırın.

Vizitkart

Dr. Vəfa Məmmədova

Dr. Vəfa Məmmədova

Həkim-stomatoloq